...

Bakıda avtobus aşıb, 4 nəfər xəsarət alıb

Hadisə Materials 12 Mart 2012 11:47 (UTC +04:00)
Dünən səhər saatlarında, Nizami rayonu, Şərifli küçəsində Vaqif Hüseynovun idarə etdiyi 191 saylı sərnişin avtobusu idarəetməni itirərək aşıb.
Bakıda avtobus aşıb, 4 nəfər xəsarət alıb

Azərbaycan, Bakı, 12 mart / Trend müxbir K.Zərbalıyeva/

Bakıda avtobus aşıb, 4 nəfər xəsarət alıb.

Dünən səhər saatlarında, Nizami rayonu, Şərifli küçəsində Vaqif Hüseynovun idarə etdiyi 191 saylı sərnişin avtobusu idarəetməni itirərək aşıb.

Nizami Rayon Polis İdarəsindən Trend-ə verilən məlumata görə, qəza zamanı Elmira Feyziyeva (1990-cı il təvəllüdlü), Mənsur Məmmədov (1987), Aynurə Hacıyeva (1984) və Firuzə Cavadova (1983) müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı Nizami Rayon Polis İdarəsində cinayət işi başlanıb.

Xəbər lenti

Xəbər lenti