...

Bu gün Şamaxıda və İsmayıllıda zəlzələ olub

Hadisə Materials 12 Mart 2012 12:34 (UTC +04:00)
Trend-n Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, bu gün saat 08:53-də Şamaxı və İsmayıllı rayonlarının sərhədində zəlzələ qeydə alınıb.
Bu gün Şamaxıda və İsmayıllıda zəlzələ olub

Azərbaycan, Bakı, 12 mart / Trend müxbir K.Zərbalıyeva/

Bu gün səhər saatlarında Şamaxıda və İsmayıllıda zəlzələ olub.

Trend-n Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, bu gün saat 08:53-də Şamaxı və İsmayıllı rayonlarının sərhədində zəlzələ qeydə alınıb.

Zəlzələnin episentrdəki maqnitudası 3,5 bal olub.

Zəlzələ Şamaxı rayonunun Pirqulu qəsəbəsində - 3, İsmayıllı şəhərində - 2,5 bal gücündə hiss olunub. İnsan tələfatı və dağıntı olmayıb.

Xəbər lenti

Xəbər lenti