...

Bakı-Şamaxı magistral avtomobil yolunda çatlar əmələ gəlib

Hadisə Materials 19 Mart 2012 18:33 (UTC +04:00)
Bakı-Şamaxı magistral avtomobil yolundakı sürüşmə sahələrində aktivləşmə müşahidə olunduğundan yolların bəzi hissələrində çatlar əmələ gəlib.
Bakı-Şamaxı magistral avtomobil yolunda çatlar əmələ gəlib

Azərbaycan, Bakı, 19 mart /Trend, müxbir İ.İsabalayeva/

Bakı-Şamaxı magistral avtomobil yolundakı sürüşmə sahələrində aktivləşmə müşahidə olunduğundan yolların bəzi hissələrində çatlar əmələ gəlib. Bu barədə bazar ertəsi Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Kompleks Hidrogeologiya və Mühəndis
Geologiyası Ekspedisiyasının baş mühəndisi Şaiq Niftiyev bildirib.

Niftiyev bildirib ki, aktivləşmələr Bakı-Şamaxı magistral avtomobil yolunun 103, 106 və 109-cu kilometrliklərində qeydə alınıb.

Onun sözlərinə görə, ərazidə qar örtüyünün olması sonrakı proseslərdə sürüşməni aktivləşdirə bilər.

Xəbər lenti

Xəbər lenti