...

Türkiyədə yaşayış evində güclü yanğın olub, ölənlər var

Hadisə Materials 26 Mart 2012 12:25 (UTC +04:00)
Türkiyənin Çorum şəhərində yaşayış evində güclü yanğın baş verib.
Türkiyədə yaşayış evində güclü yanğın olub, ölənlər var

Azərbaycan, Bakı, 26 mart /Trend, müxbir A.Tağıyev/

Türkiyənin Çorum şəhərində yaşayış evində güclü yanğın baş verib. Yanğın yaxınlıqdakı 5 evə keçib. Bu barədə Trend bazar ertəsi CNN Turk telekanalına istinadən məlumat verir.

Yanğın nəticəsində 5 nəfər həlak olub, ölənlər arasında 20 günlük uşaq da var. Digər 5 evdə ölüm halı qeydə alınmayıb. Belə ki, yanğın zamanı həmin evlərdə heç kim olmayıb.

Hadisə yerinə yanğınsöndürən maşınlar gəlib, yanğının qarşısı tez bir zamanda alınıb.

Xəbər lenti

Xəbər lenti