...

Bakıda ağır yol qəzaları: 2 nəfər ölüb, iki nəfər xəsarət alıb (ƏLAVƏ OLUNUB)

Hadisə Materials 4 Aprel 2012 12:29 (UTC +04:00)
Respublika Baş Dövlət Yol Polisi İdarəsindən Trend-ə verilən məlumata görə, aprelin 3-dən 4-nə keçən gecə saat 03:00 radələrində Xəzər rayonunda, Buzovna-Maştağa yolunda "VAZ 2107" ilə "Mercedes" toqquşub.

Daxili İşlər Nazirliyinin məlumatı əlavə olunub. İlk xəbər saat 09:29-da yayılıb.

Azərbaycan, Bakı, 4 aprel / Trend müxbir K.Zərbalıyeva/

Bakıda iki avtomobil toqquşub, ölən və yaralananlar var.

Respublika Baş Dövlət Yol Polisi İdarəsindən Trend-ə verilən məlumata görə, aprelin 3-dən 4-nə keçən gecə saat 03:00 radələrində Xəzər rayonunda, Buzovna-Maştağa yolunda "VAZ 2107" ilə "Mercedes" toqquşub.

Nəticədə 1 nəfər ölüb, iki nəfər xəsarət alıb.
Həmin gecə saat 23:00-da Xəzər rayonunda, Buzovna kəndi ərazisində "VAZ 2107" markalı minik avtomobili aşıb. Nəticədə bir nəfər həlak olub.

Hər iki faktla bağlı cinayət işi başlanıb, istintaq aparılır.

Trend-in Daxili İşlər Nazirliyinin rəsmi internet saytına istinadən verdiyi məlumata görə, aprelin 3-də saat 03.00 radələrində Xəzər rayonu ərazisində Bakı şəhər sakinləri Ruslan Rəhimovun idərə etdiyi "Mercedes" və Azər Cəfərov idarə etdiyi "VAZ-2107" markalı avtomaşınlar toqquşub. İdarəetmə itirildiyindən hər 2 avtomaşın yolun kənarındakı mağazaya dəyib.

Nəticədə, Cəfərov hadisə yerində ölüb, xəsarət almış Rəhimov və sərnişini Cabir Nəsirov, habelə mağazada işləyən Yavər Əzimov isə xəstəxanaya yerləşdirilib, vəziyyətləri qənaətbəxşdir.

Aprelin 3-də saat 22:30 radələrində Xəzər rayonu ərazisində Bakı şəhər sakini Nazim Nəbiyev "VAZ-2107" markalı avtomaşını idarə edərkən onu aşırıb. Nəticədə sürücü hadisə yerində ölüb.

Xəbər lenti

Xəbər lenti