Azərbaycan, Bakı, 11 aprel / Trend müxbir K.Zərbalıyeva/
Bakıda dərman firmasının ofisindən 21 min manat oğurlayan dəstə üzvləri saxlanılıb.
Bakı Şəhər Baş Polis İdarəsindən Trend-ə verilən məlumata görə, aprelin 5-nə keçən gecə Bakı şəhər sakini Hamlet Mehdizadəyə məxsus Moskva prospektində yerləşən "Loğman Farm" MMC-nin ofisindən dəmir barmaqlıqları sındırma yolu ilə 21 min manat oğurlanıb.
Yasamal Rayon Polis İdarəsinin 29-cu polis bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Sumqayıt şəhər sakinləri Tural Əsədov, Rafiq Məmmədov və Abşeron rayon sakini Elçin Həsənov aprelin 10-da yaxalanıblar.