...

Dünən Azərbaycanda 10 yol qəzası baş verib

Hadisə Materials 14 Aprel 2012 10:37 (UTC +04:00)
Ötən sutka ərzində Azərbaycanda 10 yol nəqliyyta hadisəsi baş verib.
Dünən Azərbaycanda 10 yol qəzası baş verib

Azərbaycan, Bakı, 14 aprel /Trend, müxbir I.Isabalayava/

Ötən sutka ərzində Azərbaycanda 10 yol nəqliyyta hadisəsi baş verib. Respublika Baş Dövlət Yol Polisi İdarəsindən şənbə günü Trend-ə veirlən məlumata görə, hadisə nəticəsində 1 nəfər dünyasını dəyişib, 23 nəfər yaralanıb.

Abşeron rayon ərazisində "VAZ-21-07" markalı minik avtomobilinin "Mersedes" markalı minik avtobobili ilə toqquşması nəticəsində bir nəfər dünyasını dəyişib.

Ötən sutka yaralanan 23 nəfərdən 13-ü Aran-Mingəçevir yolunun 7-ci kilometrliyində minik avtomobili ilə sərnişin avtobusunun toqquşması nəticəsində xəsarət alıb.

Aran-Mingəçevir yolunun 7-ci kilometrliyində Bakı şəhər sakini, 1988-ci il təvəllüdlü Səbuhi Ağayevin idarə etdiyi 10-EM-878 dövlət nömrə nişanlı "Mercedes" markalı minik avtomobili ilə Yevlax rayon sakini, 1958-ci il təvəllüdlü Teyyub Süleymanovun idarə etdiyi 66 AC 134 dövlət nömrə nişanlı "KAVZ 3270" markalı sərnişin avtobusu toqquşub. Toqquşmadan sonra avtobus aşıb.

Xəbər lenti

Xəbər lenti