...

Xızıda hərbi sursat aşkarlanıb

Hadisə Materials 14 Aprel 2012 13:08 (UTC +04:00)
Xızı rayonunda təlim meydançasının yaxınlığında hərbi sursat aşkarlanıb.
Xızıda hərbi sursat aşkarlanıb

Azərbaycan, Bakı, 14 aprel /Trend, müxbir I.Isabalayava/

Xızı rayonunda təlim meydançasının yaxınlığında hərbi sursat aşkarlanıb.

Trend şənbə günü Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən verdiyi məlumata görə, bu barədə məlumat daxil olan kimi FHN-nin xilasediciləri və mütəxəssisləri, həmçinin, xüsusi təlim keçmiş itləri zəruri tədbirlərin görülməsi üçün hadisə yerinə cəlb edilib.

Xilasedicilər ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüblər. Nazirliyin mütəxəssisləri tərəfindən hadisə yerinə baxış keçirilərkən təxminən, 2 hektar ərazidə aşkarlanmış sursatın istifadəyə yararlı olan 14 ədəd 122 millimetr kalibrli top mərmisi və adıçəkilən top mərmisinin 90 ədəd partladıcısı olduğu müəyyən olunub.

Qeyd olunan əraziyə mütəxəssislər tərəfindən təkrar baxış keçirilməsi və müvafiq tədbirlərin görülməsi nəzərdə tutulub.

Xəbər lenti

Xəbər lenti