...

Səfirlik: Pakistanda qəzaya uğrayan təyyarənin göyərtəsində Azərbaycan vətəndaşları olmayıb

Hadisə Materials 21 Aprel 2012 11:16 (UTC +04:00)
Граждан Азербайджана среди погибших в авиакатастрофе произошедшей накануне в Пакистане нет, сказали в субботу Trend в посольстве Азербайджана в Пакистане.
Səfirlik: Pakistanda qəzaya uğrayan təyyarənin göyərtəsində Azərbaycan vətəndaşları olmayıb

Azərbaycan, Bakı, 21 aprel /Trend, müxbir S. Ağayeva/

Pakistanda bir gün əvvəl baş verən aviaqəzada ölənlər arasında Azərbaycan vətəndaşları yoxdur. Bu barədə şənbə günü Trend-ə Azərbaycanın Pakistandakı səfirliyindən məlumat veriblər.

Cümə günü Pakistanın paytaxtı İslamabadın yaxınlığında qəzaya uğrayan "Boeing 737" sərnişin təyyarəsinin göyərtəsində olan 127 nəfərin hamısı ölüb.

Məlumata görə, təyyarə Pakistanın iri şəhəri Kəraçidən istiqamət alıb və yerli "Bhoja Airline" aviaşirkətinə məxsus olub.

Yerli telekanallar da məlumat veriblər ki, aviaqəza pis hava şəraiti səbəbindən baş verə bilər. Təyyarə paytaxt İslamabadın yaxınlığında yerləşən Çaklala hərbi aviabazanın ətrafına düşüb.

Xəbər lenti

Xəbər lenti