...

Sumqayıtda qətl hadisəsi olub

Hadisə Materials 23 Aprel 2012 09:51 (UTC +04:00)
Sumqayıt şəhər prokurorluğundan Trend-ə verilən məlumata görə, aprelin 22-də 2-ci mikrorayon, 40/45 saylı evin həyətində şəhər sakini Ramin Əliyevin üzərində bıçaq xəsarətləri olan meyiti tapılıb.
Sumqayıtda qətl hadisəsi olub

Azərbaycan, Bakı, 23 aprel / Trend müxbir K.Zərbalıyeva/

Sumqayıtda qətl hadisəsi olub.

Sumqayıt şəhər prokurorluğundan Trend-ə verilən məlumata görə, aprelin 22-də 2-ci mikrorayon, 40/45 saylı evin həyətində şəhər sakini Ramin Əliyevin üzərində bıçaq xəsarətləri olan meyiti tapılıb.

Aparılan təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində cinayətin Sumqayıt şəhər sakini, 1966-cı il təvəllüdlü Muxtar Nəcəfov tərəfindən törədildiyi müəyyən edilib və o, şübhəli şəxs qismində saxlanılıb.

Qətlin hansı səbəbdən baş verdiyi araşdırılır.

Faktla bağlı şəhər prokurorluğunda Cinayət Məcəlləsinin qəsdən adam öldürmə (120.1-ci) maddəsi ilə cinayət işi başlanıb.

Xəbər lenti

Xəbər lenti