Azərbaycan, Bakı, 4 may / Trend müxbir K.Zərbalıyeva/
Azərbaycanda "Piyadalar, diqqətli olun!" şərti adı altında keçirilən hərəkətin təhlükəsizliyi həftəliyində piyadaların vurulması ilə bağlı 24 hadisə qeydə alınıb.
Respublika Baş Dövlət Yol Polisi İdarəsindən Trend-ə verilən məlumata görə, hadisələrdə 4 piyada dünyasını dəyişib, 23-ü xəsarət alıb.
Piyadaların vurulması ilə nəticələnən yol qəzalarından 11-i Bakıda törədilib. Nəticədə 2 nəfər ölüb, 12 nəfər xəsarət alıb.
Piyadaların vurulması ilə nəticələnən yol qəzalarında 1 uşaq ölüb, 5-i isə yaralanıb.
Qeyd edək ki, aprelin 23-dən 30-dək Respublikada "Piyadalar, diqqətli olun!" şərti adı altında təhlükəsizlik həftəliyi keçirilib.