Azərbaycan, Bakı, 11 may / Trend müxbir K.Zərbalıyeva/
Şirvanda iki minik avtomobili toqquşub, 3 nəfər xəsarət alıb.
Respublika Baş Dövlət Yol Polisi İdarəsindən Trend-ə verilən məlumata görə, Şirvan şəhəri, Heydər Əliyev prospektində "VAZ 2104" "QAZ 24" ilə toqquşub, nəticədə 3 nəfər xəsarət alıb.
Yevlax şəhəri Nizami küçəsində isə "ZİL" markalı yük avtomobili ilə "Nexia" toqquşub, 2 nəfər xəsarət alıb.
Bakının Yasamal rayonunda, Cəfər Cabbarlı küçəsində "Mercedes"lə "VAZ 2107" toqquşub, 2 nəfər yaralanıb.
Hər bir fakt üzrə cinayət işi başlanıb, istintaq aparılır.
Şirvanda iki minik avtomobili toqquşub, 3 nəfər xəsarət alıb
Şirvanda iki minik avtomobili toqquşub, 3 nəfər xəsarət alıb.
