...

Şəkidə növbəti dəfə zəlzələ olub

Hadisə Materials 14 May 2012 18:45 (UTC +04:00)
Azərbaycanın Şəki şəhərində növbəti dəfə zəlzələ olub.
Şəkidə növbəti dəfə zəlzələ olub

Azərbaycan, Bakı, 14 may /Trend/

Azərbaycanın Şəki şəhərində növbəti dəfə zəlzələ olub.

Azərbaycan Milli Elmlər Akademiyasının Respublika Seysmoloji Xidmət Mərkəzindən bazar ertəsi Trend-ə verilən məlumata görə, zəlzələ bu gün yerli vaxtla saat 17:56-da Şəkidən 10 km qərbdə qeydə alınıb.

Zəlzələ episentrdə 3, episentrə yaxın yaşayış məntəqələrində isə 2 bal hiss olunub.

İnsan tələfatı yoxdur.

Qeyd edək ki, bu, Şəkidə gün ərzində qeydə alınan ikinci zəlzələdir.

Xəbər lenti

Xəbər lenti