Azərbaycan, Bakı, 15 may / Trend müxbir K.Zərbalıyeva/
Bakıda Bulvar ərazisində bir nəfər özünü dənizə atıb.
Trend-in Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Dövlət Sularda Xilasetmə Xidmətinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Sabail rayonunda, Dənizkənarı Bulvarın ərazisində (xilasetmə məntəqəsindən 2000 m məsafədə) 1 nəfər özünü dənizə atıb.
Dərhal Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunublar. 1994-cü il təvəllüdlü qadın xilas olunaraq aidiyyəti üzrə təhvil verilib.
Bakıda Bulvar ərazisində bir nəfər özünü dənizə atıb
Bakıda Bulvar ərazisində bir nəfər özünü dənizə atıb.
