...

Bakı-Şamaxı yolunda iki avtomobil toqquşub: 4 ölü, 1 yaralı

Hadisə Materials 16 May 2012 19:57 (UTC +04:00)
Bakı şəhəri, Qobustan rayonunda Bakı-Şamaxı yolunun 72-ci kilometrliyində "Mercedes" markalı minik avtomobili və "ZİL" markalı propan qazı daşıyan yük avtomobili toqquşub.
Bakı-Şamaxı yolunda iki avtomobil toqquşub: 4 ölü, 1 yaralı

Azərbaycan, Bakı, 16 may /Trend/

Qobustan rayonunda Bakı-Şamaxı yolunun 72-ci kilometrliyində "Mercedes" markalı minik avtomobili və "ZİL" markalı propan qazı daşıyan yük avtomobili toqquşub.

Trend FHN-in rəsmi saytına istinadən məlumat verir ki, nəticədə minik avtomobilinin mühərrikində elektrik avadanlığı yanıb, sürücü - 1978-ci il təvəllüdlü Əfqan Qəhrəman oğlu Rəhimov xəstəxanaya aparılarkən yolda, sərnişinləri - 1979-cu il təvəllüdlü Kəmalə Azad qızı Rəhimova, 2000-ci il təvəllüdlü Yusif Əfqan oğlu Rəhimov, 2004-cü il təvəllüdlü Röyal Əfqan oğlu Rəhimov hadisə yerində ölüb, yük avtomobilinin sürücüsü yaralanıb. Yaralı xəstəxanaya aparılıb.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb. Avtomobilin qalan hissəsi yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunub. Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzinin xilasediciləri hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görüblər.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Xəbər lenti

Xəbər lenti