Azərbaycan, Bakı, 18 may /Trend, müxbir K.Zərbalıyeva/
Şəkidə 4 bal gücündə zəlzələ olub.
AMEA-nın Respublika Seysmoloji Xidmət Mərkəzindən Trend-ə verilən məlumata görə, bu gün saat 15:04-də Şəkidən 6 km qərbdə zəlzələ qeydə alınıb.
Zəlzələ episentrdə 4, Şəki şəhərində və episentrə yaxın yaşayış məntəqələrində 3 bal hiss olunub.
Zəlzələ zamanı insan tələfatı olmayıb.