Azərbaycan, Bakı, 25 may / Trend müxbir K.Zərbalıyeva/
Bakıda qanunla qadağan olunan dini təriqəti təbliğ edən iki nəfər saxlanılıb.
Trend-in Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, mayın 24-də Sabunçu qəsəbəsi ərazisində qanunla qadağan olunmuş təriqətlərdən birini təbliğ edən kitab və jurnalları yaymaqla məşğul olan Ramana qəsəbə sakini Elmira Süleymanova və Sabunçu qəsəbə sakini Rüfət Nəsirov saxlanılıblar.
Faktla bağlı araşdırma aparılır.