Azərbaycan, Bakı, 31 may / Trend müxbir K.Zərbalıyeva/
Bakıda 52 yaşlı kişi damarlarını kəsərək intihar edib.
Nəsimi rayon prokurorluğundan Trend-ə verilən məlumata görə, mayın 30-da Salayev küçəsi, 35 ünvanında yaşayan 1960-cı il təvəllüdlü Sərdar Babayev hər iki qolunun vena damarlarını kəsib.
Məlumata görə, Salayev tənha yaşayırdı. Onun intiharının səbəbləri hələlik məlum deyil.
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi açılıb.