...

32 yaşlı Siyəzən rayon sakini özünü kanala atıb

Hadisə Materials 12 İyul 2012 16:14 (UTC +04:00)
Trend-in Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Samur-Abşeron kanalının Siyəzən rayonu, Balaca Həmyə kəndi ərazisindən keçən hissəsində insan cəsədi aşkarlanıb.
32 yaşlı Siyəzən rayon sakini özünü kanala atıb

Azərbaycan, Bakı, 12 iyul /Trend, müxbir K.Zərbalıyeva/

32 yaşlı Siyəzən rayon sakini özünü kanala atıb.

Trend-in Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Samur-Abşeron kanalının Siyəzən rayonu, Balaca Həmyə kəndi ərazisindən keçən hissəsində insan cəsədi aşkarlanıb.

Dərhal nazirliyin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunublar.

Cəsəd nazirliyin dalğıc-xilasediciləri tərəfindən sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Müəyyən olunub ki, bu, 1980-ci il təvəllüdlü Eşqin Vahid oğlu Məmmədovun cəsədidir. İlkin araşdırmalar zamanı Məmmədovun intihar etdiyi müəyyən olunub.

Xəbər lenti

Xəbər lenti