...

İstanbuldakı yanğında ölən və yaralananlar yoxdur - şəhər valisi

Hadisə Materials 17 İyul 2012 14:24 (UTC +04:00)
İstanbul şəhərinin valisi Hüseyn Avnı Mutlu bu gün ticarət mərkəzində baş verən yanğında ölən və yaralananların olmadığını bildirib.
İstanbuldakı yanğında ölən və yaralananlar yoxdur - şəhər valisi

Azərbaycan, Bakı, 17 iyul /Trend müxbir R.Hafizoğlu/

İstanbul şəhərinin valisi Hüseyn Avnı Mutlu bu gün ticarət mərkəzində baş verən yanğında ölən və yaralananların olmadığını bildirib. Trend-in məlumatına görə, bu barədə Türkiyənin TRT Haber telekanalı xəbər verib.

Bu gün Türkiyənin İstanbul şəhərində 42 mərtəbəli ticarət mərkəzində yanğın baş verib. Yanan binanın ətrafında yaşayış evləri və yanacaqdoldurma məntəqəsindən insanlar təxliyə edilib. Yanğının söndürülməsi üçün hadisə yerinə çox sayda yanğınsöndürən gətirilib və yanğın söndürülüb.

İlkin versiyaya görə, yanğına binanın elektrik şəbəkəsində baş vermiş qısaqapanma səbəb olub.

Xəbər lenti

Xəbər lenti