Azərbaycan, Bakı, 26 iyul / Trend müxbir K.Zərbalıyeva/
İran və Azərbaycan vətəndaşlarının daxili orqanlarından tiryək aşkar edilib.
Trend-in Dövlət Gömrük Komitəsinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Biləsuvar gömrük-sərhəd buraxılış məntəqəsində İrandan Azərbaycana piyada gələn İran vətəndaşı Abbas Nezhad Hamıd Asghar oğlu saxlanılıb. Onun üzərində şəxsi yoxlama aparılıb.
Bu zaman həmin vətəndaşın düz bağırsağından sellofana bükülmüş 1 ədəd bükümdə xalis çəkisi 7,056 qram olan tiryək aşkar edilərək götürülüb.
Biləsuvar gömrük-sərhəd buraxılış məntəqəsində digər şəxsi yoxlama zamanı İrandan Azərbaycana piyada gələn Azərbaycan vətəndaşı Elqam Xanbabayevin düz bağırsağından ayrı-ayrılıqda sellofana bükülmüş 24 ədəd bükümdə ümumi xalis çəkisi 75,13 qram olan tiryək aşkar edilərək götürülüb.
Hər iki faktla bağlı araşdırma aparılır.