Azərbaycan, Bakı, 26 iyul /Trend, müxbir K.Zərbalıyeva/
Xəzərdə batmaq təhlükəsi ilə üzləşənlər xilas olunub.
Trend-in Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Bakı şəhəri, Binəqədi və Xəzər rayonlarında (müvafiq olaraq, "Novxanı" sularda xilasetmə məntəqəsindən təxminən 2 km məsafədə, nəzarət olunmayan ərazidə və "Sahil-1" sularda xilasetmə məntəqəsinin ərazisində) batmaq təhlükəsi ilə üzləşmiş 5 nəfər dalğıc-xilasediciləri tərəfindən xilas olunub.