...

FHN Bakıda hündürmərtəbəli binada baş verən yanğınla bağlı rəsmi məlumat yayıb (ƏLAVƏ OLUNUB-2)

Hadisə Materials 6 Avqust 2012 16:32 (UTC +04:00)
Nərimanov rayon Yanğından Mühafizə İdarəsindən Trend-ə verilən məlumata görə, Nərimanov rayonu, Təbriz küçəsində, "Su sonası" şadlıq sarayının yaxınlığıdakı binanın bir neçə mərtəbəsində yanğın baş verib.
FHN Bakıda hündürmərtəbəli binada baş verən yanğınla bağlı rəsmi məlumat yayıb (ƏLAVƏ OLUNUB-2)

Azərbaycan, Bakı, 6 avqust /Trend müxbir K.Zərbalıyeva/

Bakıda hündürmərtəbəli yaşayış binası yanır.

Nərimanov rayon Yanğından Mühafizə İdarəsindən Trend-ə verilən məlumata görə, Nərimanov rayonu, Təbriz küçəsində, "Su sonası" şadlıq sarayının yaxınlığıdakı binanın bir neçə mərtəbəsində yanğın baş verib.

İlkin məlumata görə, yanğına elektrik kabellərindəki nasazlıq səbəb olub.

Yanğının söndürülməsinə bir neçə yanğınsöndürən maşın cəlb olunub.

İdarədən bildiriblər ki, yanğın artıq söndürülüb, hadisə zamanı ölən və xəsarət alan olmayıb.

Trend-in Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istimadən verdiyi məlumata görə, Nərimanov rayonunda çoxmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsindən 10-cu mərtəbəsinə qədər kabellər 15 p.m yanıb. Yanğın zamanı 3 nəfər xilas olunub, 15 nəfər təxliyyə edilib.

Bina yanğından mühafizə olunub.

Xəbər lenti

Xəbər lenti