...

Saatlıda qız qaçıran şəxslər saxlanılıb

Hadisə Materials 8 Avqust 2012 14:08 (UTC +04:00)
Trend-in Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, avqustun 7-də saat 10:30 radələrində Şirvan şəhəri ərazisində, polis şöbəsinin əməkdaşları tərəfindən "VAZ-21074" markalı avtomaşın nəzarət qaydasında saxlanılıb.
Saatlıda qız qaçıran şəxslər saxlanılıb

Azərbaycan, Bakı, 8 avqust / Trend müxbir K.Zərbalıyeva/

Saatlıda qız qaçıran şəxslər saxlanılıb.

Trend-in Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, avqustun 7-də saat 10:30 radələrində Şirvan şəhəri ərazisində, polis şöbəsinin əməkdaşları tərəfindən "VAZ-21074" markalı avtomaşın nəzarət qaydasında saxlanılıb.

Avtomaşının sürücüsünün Bakı şəhər sakini Kənan Əliquliyev, sərnişinlərinin isə Bakı şəhər sakini Qüdrət Həsənov, Saatlı rayon sakinləri Nuridə Kərimova və Mürvət Kərimov olmaları müəyyən edilib.

Nuridə Kərimova zorla qaçırıldığını bildirib. Əliquliyev, Həsənov və Kərimov saxlanılıb və Saatlı rayon Polis Şöbəsinə təhvil verilib.

Xəbər lenti

Xəbər lenti