...

Azərbaycana mobil telefonların qanunsuz keçirilməsinin qarşısı alınıb

Hadisə Materials 15 Avqust 2012 14:10 (UTC +04:00)
"Sınıq Körpü" gömrük postunda Gürcüstandan Azərbaycana gələn Azərbaycan vətəndaşı Nadir Abdullayevin idarə etdiyi "VAZ-21074" markalı minik avtomobilinə gömrük nəzarəti həyata keçirilib.
Azərbaycana mobil telefonların qanunsuz keçirilməsinin qarşısı alınıb

Azərbaycan, Bakı, 15 avqust /Trend/

"Sınıq Körpü" gömrük postunda Gürcüstandan Azərbaycana gələn Azərbaycan vətəndaşı Nadir Abdullayevin idarə etdiyi "VAZ-21074" markalı minik avtomobilinə gömrük nəzarəti həyata keçirilib.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Trend-ə daxil olan məlumata görə, sənədlərə baxış zamanı nəqliyyat vasitəsinin Azərbaycan vətəndaşı Elviz Qurbanov tərəfindən Gürcüstan istiqamətində aparıldığı və Nadir Abdullayevin isə həmin avtomobili idarə etmək hüququnu təsdiq edən sənədinin olmadığı müəyyən edilib.

Bundan başqa, yoxlama zamanı nəqliyyat vasitəsindən müxtəlif markalı, cəmi 82 ədəd mobil telefon və müxtəlif mobil telefonlara aid aksesuarlar - 160 ədəd akkumlyator, 183 ədəd qidalandırma cihazı, 184 ədəd qulaqcıq və 17 ədəd karton qutu aşkar edilib.

Həmçinin nəqliyyat vasitəsinin salonunda 2 ədəd kustar üsulla hazırlanmış 35 BD 444 nömrə nişanı gömrük nəzarətindən gizlədilmiş şəkildə aşkar olunub.

Xəbər lenti

Xəbər lenti