Azərbaycan, Bakı, 20 avqust /Trend/
Mingəçevirdə batmaq təhlükəsi ilə üzləşmiş üç nəfər xilas olunub.
Trend-in Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Mingəçevir şəhərində, su anbarında ("Mingəçevir" sularda xilasetmə məntəqəsindən 5 km sağda, nəzarətsiz ərazidə) batmaq təhlükəsi ilə üzləşmiş 3 nəfər Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən xilas edilib.