...

İranın Mazandaran əyalətində sel bir neçə kəndə ziyan vurub

Hadisə Materials 23 Avqust 2012 10:28 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 avqust /Trend, müxbir T.Cəfərov/

İranın Mazandaran əyalətində ötən gecədən başalayan güclü yağış sel və daşqınlara səbəb olub.

Sel əsasən Miyandrud şəhərinə və onun ətraf kəndlərinə ziyan vurub. Trend-in məlumatına görə, bu barədə FARS agentliyi məlumat verir.

Məlumata əsasən, sel əkin sahələri, evlər və elektrik dirəklərinə ziyan vurub. Daşqınlar nəticəsində Mazandaran şəhərindədə elektrik enerjisinin verilməsi kəsilib və küçələrdə gediş-gəliş əngəllənib.

Xəbər lenti

Xəbər lenti