Azərbaycan, Bakı, 28 avqust / Trend müxbir M.Əliyev/
Goranboy rayonunda Bakı-Qazax yolunun 325-ci kilometrliyində "DAF" və "KAMAZ" markalı 2 yük avtomobili toqquşmuşdur. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı Fövqəladə Hallar Nazirliyinin rəsmi saytı məlumat yayıb
Məlumat FHN "112" qaynar telefon xəttinə daxil olub, qurumun müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, "DAF" markalı avtomobilin sürücüsü və bir nəfər sərnişini ölüb, biri yaralanıb. Yaralı xəstəxanaya aparılıb. Yanğınsöndürən-xilasedicilər sıxılmış vəziyyətdə qalmış cəsədləri müvafiq qaydada avtomobildən çıxarıb və aidiyyəti üzrə təhvil verib.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.