...

Azərbaycanda ötən gün baş verən yol qəzalarında 7 nəfər ölüb

Hadisə Materials 4 Sentyabr 2012 13:59 (UTC +04:00)
Trend Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, ötən gün axşam saatlarında Balakən rayonunun Poştbinə kəndi ərazisində Tülü kənd sakini Umuxan Çukurayev idarə etdiyi "VAZ-21074" markalı avtomaşınla yolu keçən kənd sakini Camaləddin Nurullayevi vurub. Nəticədə Nurullayev hadisə yerində ölüb.
Azərbaycanda ötən gün baş verən yol qəzalarında 7 nəfər ölüb

Azərbaycan, Bakı, 4 sentyabr /Trend, müxbir M.Əliyev/

Ötən gün baş verən yol qəzalarında 7 nəfər ölüb.

Trend Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, ötən gün axşam saatlarında Balakən rayonunun Poştbinə kəndi ərazisində Tülü kənd sakini Umuxan Çukurayev idarə etdiyi "VAZ-21074" markalı avtomaşınla yolu keçən kənd sakini Camaləddin Nurullayevi vurub. Nəticədə Nurullayev hadisə yerində ölüb.

Ötən gecə saat 23:00 radələrində isə Şəmkir rayonunun Muxtariyyə kənd sakini Emin Qarayev idarə etdiyi "Mercedes" markalı avtomaşınla yolu keçən İsgəndərli kənd sakini Yazdan Emrullahı vurub. Bu hadisə nəticəsində də piyada hadisə yerində ölüb.

Sentyabrın 3-də saat 20:20 radələrində Şəmkir şəhərinin ərazisində Yeni Həyat kənd sakini Aslan Aslanov idarə etdiyi "Mercedes" markalı avtomaşını yolun kənarındakı ağaca vurub və hadisə yerində ölüb.

Həmin gün saat 22:00 radələrində isə Tərtər rayonunun Mamırlı kəndinin ərazisində Ağdam rayon sakinləri - Rəhim Rəhimovun idarə etdiyi "VAZ-2106" markalı və Süleyman Dadaşovun idarə etdiyi "Oka" markalı avtomaşınlar toqquşublar. Nəticədə Dadaşov hadisə yerində ölüb, xəsarət almış Rəhimov və sərnişinləri, Ağdam rayon sakini Razim Aslanov və Bərdə rayon sakini Tapdıq Məmmədov isə xəstəxanaya yerləşdiriliblər.

Gecə saat 03:30 radələrində isə Nizami rayonu Babək prospektində Bakı şəhər sakini Anar Əhmədov idarə etdiyi "Mercedes" markalı avtomaşını maneəyə vuraraq aşırıb. Nəticədə Əhmədov və sərnişinlərindən Bakı şəhər sakini Əfsanə Cümşüdova hadisə yerində ölüb, xəsarət almış digər sərnişini Səbinə Məlikova isə xəstəxanaya yerləşdirilib.

Sentyabrın 3-də saat 19:50 radələrində Qaradağ rayonu ərazisindəki Dairəvi yolda Bakı şəhər sakini Cəbrayıl Mirzəyev idarə etdiyi "VAZ-2106" markalı avtomaşını aşırıb. Nəticədə xəsarət almış Mirzəyev xəstəxanaya aparılarkən yolda ölüb.

Bütün hadisələrlə bağlı rayon polis idarələri tərəfindən araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti