...

Azərbaycanda avtomobildən oğurluq etmiş şəxslər saxlanılıblar

Hadisə Materials 8 Sentyabr 2012 13:10 (UTC +04:00)
Trend-in Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, sentyabrın 7-nə keçən gecə Bakının Nizami rayonu ərazisində yaşayan Zahid Məmmədəliyevə məxsus "VAZ-2106" markalı avtomaşının dövlət nömrə nişanları oğurlanıb.
Azərbaycanda avtomobildən oğurluq etmiş şəxslər saxlanılıblar

Azərbaycan, Bakı, 8 sentyabr /Trend/

Azərbaycanda avtomobildən oğurluq etmiş şəxslər saxlanılıblar.

Trend-in Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, sentyabrın 7-nə keçən gecə Bakının Nizami rayonu ərazisində yaşayan Zahid Məmmədəliyevə məxsus "VAZ-2106" markalı avtomaşının dövlət nömrə nişanları oğurlanıb.

Sentyabrın 8-də Növbətçi Hissələri İdarəetmə Xidmətinin Təhlükəsiz Şəhər əməkdaşları tərəfindən qeyd edilən dövlət nömrə nişanları üzərində olan "VAZ-2107" markalı avtomaşının Sumqayıt şəhərində hərəkətdə olması aşkar edilib.

Sumqayıt ŞPİ əməkdaşları tərəfindən avtomaşın saxlanılıb, sürücüsü Bakı şəhər sakini Şaiq Hacıyev və sərnişini Ramilə Qasımova Nizami RPİ 23-cü PB-yə təhvil veriliblər.

Qaradağ RPİ 11-ci PB-nin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari il iyul ayının 19-da Cahangir Əzizova məxsus "VAZ-21015" markalı avtomaşından 150 manat pul və 1 ədəd mobil telefon oğurlamış Bakı şəhər sakinləri Cəfər Cəfərov, Qorxmaz Əzizov, Xanış Mürsəlov və Elmin Məmmədov tutulublar.

Ağstafa RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 7-nə keçən gecə Dağkəsəmən kəndi ərazisində, kənd sakini Məmməd Meydanova məxsus "KamAZ" markalı avtomaşının arxa oxunu oğurlamış Qazax şəhər sakinləri İsmayıl İsgəndərov və Qabil Əliyev saxlanılıblar.

Xəbər lenti

Xəbər lenti