Azərbaycan, Bakı, 12 sentyabr /Trend, müxbir E.Mehdiyev/
Şəmkirdə körpə uşaq qidadan zəhərlənərək ölüb
Trend Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, sentyabrın 11-də Şəmkir rayonunda yaşayan körpə Zeynəb Hüseynova qidadan zəhərlənmədən ölüb.
Bundan əlavə sentyabrın 11-də Sumqayıt şəhərində yaşayan Tamella İsmayılova mənzilindən dəm qazından zəhərlənmə ilə xəstəxanaya gətirilib, vəziyyəti qənaətbəxşdir.