...

Bank kartınızı heç kimə etibar etməyin

Hadisə Materials 21 Sentyabr 2012 10:54 (UTC +04:00)
Bakıda vətəndaşın etibarından sui-istifadə edərək onun bank kartında olan vəsaiti çıxarmış şəxs tutulub.
Bank kartınızı heç kimə etibar etməyin

Azərbaycan, Bakı, 21 sentyabr /Trend/

Bakıda vətəndaşın etibarından sui-istifadə edərək onun bank kartında olan məbləği çıxarmış şəxs tutulub.

Bakı şəhər Baş Polis İdarəsindən Trend-ə verilən məlumata görə, sentyabrın 15-i saat 18:30 radələrində metronun "Nizami" stansiyasının çıxışında naməlum şəxs Svetlana Viktorovnanın etibarından sui-istifadə edərək "Beynəlxalq Bank"a məxsus bankomatdan hesabında olan 150 manat pulu çıxarıb.

Metropolitendə PŞ Cinayət-Axtarış Qrupunun əməkdaşlarının keçirdikləri əməliyat tədbirləri nəticəsində dələduzluqda şübhəli bilinən, RF CM-in 161-ci (soyğunçuluq) maddəsi ilə axtarışda olan Əli Nuriyev sentyabrın 20-də tutulub.

Xəbər lenti

Xəbər lenti