...

Bakıda Rusiya vətəndaşı olan 32 yaşlı qadın qətlə yetirilib (ƏLAVƏ OLUNUB)

Hadisə Materials 5 Oktyabr 2012 10:06 (UTC +04:00)
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin qəsdən adam öldürmə (120-ci) maddəsi ilə cinayət işi başlanıb.
Bakıda Rusiya vətəndaşı olan 32 yaşlı qadın qətlə yetirilib (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 5 oktyabr /Trend, müxbir K.Zərbalıyeva/

Bakıda 32 yaşlı qadının meyiti tapılıb.

Binəqədi rayon prokurorluğundan Trend-ə verilən məlumata görə, 1980-ci il təvəllüdlü Tinko Anjelanın meyiti şişmiş və iylənmiş halda yaşadığı evdə tapılıb.

Meyitə baxış zamanı üzərində xəsarətlər aşkarlanıb. Onun qətlə yetirildiyi müəyyən edilib.

Rayon prokurorluğundan bildirilib ki, Tinko Anjela Rusiya vətəndaşı olub və bir neçə dəfə müəyyən müddətlərdə Azərbaycanda yaşayıb.

Onun Elxan Həsənov adlı biri ilə qeyri-rəsmi nikahda olduğu bildirilir. Mərhumun meyitində çürümə getdiyindən onun necə öldürülməsi barədə hələlik dəqiq məlumat yoxdur.

Meyit ekpertizaya göndərilib. Qətlin kim tərəfindən və hansı məqsədlə törədildiyini müəyyən etmək üçün əməliyyat-axtarış tədbirləri aparılır.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin qəsdən adam öldürmə (120-ci) maddəsi ilə cinayət işi başlanıb.

Xəbər lenti

Xəbər lenti