...

Hacıqabul sakininin avtomobilindən silah-sursat tapılıb

Hadisə Materials 17 Oktyabr 2012 11:38 (UTC +04:00)
Faktla bağlı cinayət işi başlanıb.
Hacıqabul sakininin avtomobilindən silah-sursat tapılıb

Azərbaycan, Bakı, 17 oktyabr /Trend, müxbir K.Zərbalıyeva/

Hacıqabul sakininin avtomobilindən silah-sursat tapılıb.

Trend-in Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Hacıqabul rayon polis şöbəsinin əməkdaşları rayon sakini Nəcməddin Quliyevin idarə etdiyi "VAZ-21063" markalı avtomaşına baxış keçirilən zamanı müvafiq sənədləri olmayan 1 ədəd "TOZ-8", 2 ədəd ov tüfəngi, 301 ədəd müxtəlif çaplı patron, 2 kiloqram qırma, 45 ədəd giliz və digər hərbi sursatlar aşkar edilərək götürülüb.

Faktla bağlı cinayət işi başlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti