İranda terrorçu özünü partladıb, ölənlər var

Azərbaycan, Bakı, 19 oktyabr /Trend, müxbirlər E.Tarıverdiyeva, T.Cəfərov/
İranın Sistan və Bəluçistan vilayətindəki Çabahar şəhərində terrorçu özünü partladıb. Bu barədə Trend IRNA agentliyinə istinadən məlumat verir.
Terror aktı nəticəsində terrorçudan başqa iki nəfər həlak olub. Hadisə yerində olan bir neçə mülki şəxs və polis yaralanıb.
Terrorçu partlayışı cümə namazı zamanı məsciddə törətmək istəyirmiş. Lakin polis terrorçunun niyyətini başa düşdüyündən o, məscidin binasını tərk etməli olub. Buna baxamayaraq, o, küçədə partlayıcı qurğunu işə sala bilib.
Xəbər lenti
Avropa azərbaycanlıları 20 Yanvar faciəsini törədən SSRİ rəhbərliyinin cəzalandırılmasını tələb edir
Məktəblərdə koronavirusun qarşısının alınması üçün bütün zəruri tədbirlər görüləcək - Nazir müşaviri