...

Bakıda məhkəmə binasına bomba qoyulması xəbəri yalan çıxdı

Hadisə Materials 20 Oktyabr 2012 14:02 (UTC +04:00)
Xəzər rayon Polis İdarəsindən Trend-ə verilən məlumata görə, bu gün səhər saatlarında Fövqəladə Hallar Nazirliyinə məhkəmə binasına bomba qoyulması barədə məlumat daxil olub.
Bakıda məhkəmə binasına bomba qoyulması xəbəri yalan çıxdı

Azərbaycan, Bakı, 20 oktyabr /Trend, müxbir K.Zərbalıyeva/

Bakının Xəzər rayon məhkəməsinin binasına bomba qoyulması barədə məlumat təsdiqini tapmayıb.

Xəzər rayon Polis İdarəsindən Trend-ə verilən məlumata görə, bu gün səhər saatlarında Fövqəladə Hallar Nazirliyinə məhkəmə binasına bomba qoyulması barədə məlumat daxil olub.

Dərhal məhkəmə binasına baxış keçirilib və yoxlamalar zamanı ərazidən partlayıcı qurğu tapılmayıb.

İdarədən bildirilib ki, 102 xidmətinə zəng edən şəxs özünü Daşqın kimi təqdim edib. Hazırda anonim zəng edənin şəxsiyyəti müəyyənləşdirilir və tutulması üçün tədbirlər görülür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti