...

Bir gündə 3 nəfər özünü asıb

Hadisə Materials 23 Oktyabr 2012 09:53 (UTC +04:00)
Bir gündə 3 intihar hadisəsi olub.
Bir gündə 3 nəfər özünü asıb

Azərbaycan, Bakı, 23 oktyabr /Trend, müxbir K.Zərbalıyeva/

Bir gündə 3 intihar hadisəsi olub.

Rayon prokurorluqlarından Trend-ə verilən məlumata görə, Bakının Nizami rayonunda Keşlə qəsəbəsi, Maarif küçəsi, ev 9-da yaşayan 1996-cı il təvəllüdlü Nigar Hacıyeva özünü yaşadığı evdə asıb.

Yasamal rayonu, 8-ci keçid, 28 saylı mənzildə yaşayan 1964-ci təvəllüdlü Elşad Mirzəyev yaşadığı mənzildə özünü asıb.

Biləsuvar şəhəri, Nizami küçəsi, ev 22-də yaşayan 1978-ci il təvəllüdlü Aynurə İmanova isə yaşadığı evin həyətində özünü asaraq intihar edib.

Hər 3 faktla bağlı rayon prokurorluqlarında cinayət işi başlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti