...

Zəncirvari qəzada yaralanan xəstələrin 5-i evə buraxılıb

Hadisə Materials 25 Oktyabr 2012 10:16 (UTC +04:00)
Dünən Bakıda baş vermiş zəncirvari qəza nəticəsində yaralanaraq Klinik Tibbi mərkəzə yerləşdirilən 6 xəstədən 5-i artıq evə buraxılıb
Zəncirvari qəzada yaralanan xəstələrin 5-i evə buraxılıb

Azərbaycan, Bakı, 25 oktyabr /Trend, müxbir İ.İsabalayeva/

Dünən Bakıda baş vermiş zəncirvari qəza nəticəsində yaralanaraq Klinik Tibbi mərkəzə yerləşdirilən 6 xəstədən 5-i artıq evə buraxılıb. Klinik Tibbi Mərkəzdən cümə axşamı Trend-ə verilən məlumata görə, qəza nəticəsində yaralanan xəstələrdən hazırda yalnız 1-i xəstəxanada müalicə edilir. Həmin şəxs Qasımov Xalid Xalıq oğludur. Hazırda xəstənin vəziyyəti yaxşı qiymətləndirilir.

Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından isə Trend-ə bildirilib ki, onlar xəstəxanaya 2 nəfəri yerləşdiriblər. xəstələrin biri Respublika Klinik Xəstəxanasına, digəri isə Travmatologiya və Ortopediya Elmi Tədqiqat İnstitutuna yerləşdirilib. Təcili tibbi yardım işçiləri hadisə yerində bir meyit aşkarlayıblar.

Qeyd edək ki, oktyabrın 24-də axşam saatlarında Bakının Yasamal "Mercedes", "VAZ", "Opel","Tofaş" markalı minik avtomobilləri, "Qazel", "Ford" markalı yük avtomobilləri, "Mercedes" markalı sərnişin avtobusu və "Hyundai" markalı mikroavtobus zəncirvari toqquşub. Qəza nəticəsində 2 nəfər ölüb, "Mercedes" markalı sərnişin avtobusunun sürücüsünün yanmış cəsədi deformasiyaya uğramış nəqliyyat vasitəsində sıxılmış vəziyyətdə qalıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti