...

Bakıda işıq dirəkləri və işıqforları "hədəf" seçən sürücülər (VİDEO)

Hadisə Materials 29 Oktyabr 2012 10:48 (UTC +04:00)
Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov Trend-ə bildirib ki, bu il Bakıda sürücülər tərəfindən 273 533 yol hərəkəti qaydalarının pozulması faktı qeydə alınıb.
Bakıda işıq dirəkləri və işıqforları "hədəf" seçən sürücülər (VİDEO)

Azərbaycan, Bakı, 29 oktyabr /Trend, müxbir K.Zərbalıyeva/

Bakıda ötmə və manevr qaydalarına əməl etməyən, avtomobili yüksək sürətlə idarə edən sürücülərin hədəfi işıq dirəkləri və işıqforlar olub.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov Trend-ə bildirib ki, bu il Bakıda sürücülər tərəfindən 273 533 yol hərəkəti qaydalarının pozulması faktı qeydə alınıb.

Qeydə alınan qayda pozuntularının 32 585-i yol ayrıcını keçmə, 1571-i ötmə, manevr etmə qaydalarının pozulması, 3276-sı sürət həddinin aşılması olub.

Bu görüntülər "Təhlükəsiz Şəhər" sisteminin kameraları vasitəsilə qeydə alınıb.

Video Player
Məqalədə:
Xəbər lenti

Xəbər lenti