...

Suriyada gün ərzində 120 nəfər həlak olub

Hadisə Materials 30 Oktyabr 2012 09:40 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 oktyabr / Trend, müxbir A.Tağıyeva /

Ötən gün ərzində Suriyanın müxtəlif rayonlarında Azad Suriya Ordusu ilə hökumət qüvvələri arasında baş vermiş toqquşmalarda ən azı 120 nəfər həlak olub. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi "Əl-Cəzirə" telekanalı xəbər verib.

Həlak olanların əksəriyyəti Dəməşq və Homs şəhərlərinin sakinləridir.

Bundan əvvəl Suriya hakimiyyəti İd əl-Ədha (Qurban bayramı) zamanı ölkədə atəşkəs barədə razılıq əldə etmişdi. Buna baxmayaraq, atəşkəs rejimi dəfələrlə pozulub, ölkədə bir neçə partlayış baş verib və bunların nəticəsində əsasən dinc sakinlər, o cümlədən uşaqlar həlak olublar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti