...

Narkotik üstündə tutuldu, başqa cinayətləri üzə çıxdı

Hadisə Materials 20 Noyabr 2012 13:27 (UTC +04:00)
Abşeron rayonunda narkotik üstündə tutulan şəxsin başqa cinayətləri müəyyənləşib.
Narkotik üstündə tutuldu, başqa cinayətləri üzə çıxdı

Azərbaycan, Bakı, 20 noyabr /Trend/

Abşeron rayonunda narkotik üstündə tutulan şəxsin başqa cinayətləri müəyyənləşib.

Trend-in DİN-in rəsmi saytına istinadən verdiyi məlumata görə, Abşeron RPŞ əməkdaşları tərəfindən narkotik vasitə ilə tutulmuş Xəqani Nəbiyevin ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində onun bu ilin iyul və avqust ayları ərzində Anar Ağabalayevin evindən 100 manat pul, qızıl, ev və məişət əşyaları, Alan Hasanın evindən 1030 manat pul, 1 ədəd televizor və 1 ədəd peyk antenasının qəbuledicisini, İradə Abdullayevanın evindən 2 ədəd mobil telefon və qızıl əşyaları, İzafət Həsənovun həyətindən qaynaq aparatı, noyabrın 11-nə keçən gecə isə Qiyas Tağıyevin həyətindən su nasosu oğurlaması da müəyyən edilib.

Araşdırma davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti