Azərbaycan, Bakı, 22 noyabr /Trend, müxbir A.Tağıyeva/
Antalya-İstanbul reysini həyata keçirən "Türk Hava Yolları"na məxsus təyyarə Ankara aeroportunda təcili eniş edib. Bu barədə Trend "Sabah" qəzetinə istinadən məlumat verir.
Təcilə enişə səbəb sərnişinlərdən birinin təyyarənin göyərtəsində bomba olduğunu deməsindən sonra yaranan çaxnaşma olub.
Axtarışlar nəticəsində təyyarənin göyərtəsində hər hansı partlayıcı maddə aşkarlanmayıb.