...

Bakıda çayxanada qanunsuz mərc oyunlarının təşkili faktı müəyyən olunub

Hadisə Materials 3 Dekabr 2012 13:06 (UTC +04:00)
Faktla bağlı araşdırma aparılır.
Bakıda çayxanada qanunsuz mərc oyunlarının təşkili faktı müəyyən olunub

Azərbaycan, Bakı, 3 dekabr /Trend, müxbir K.Zərbalıyeva/

Bakıda çayxanada qanunsuz totalizator futbol mərc oyunlarının təşkili faktı müəyyən olunub.

Trend-in Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşları tərəfindən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Rafiq Şərifovun icarəyə götürdüyü çayxanada "Zenit Bet" adlı qanunsuz totalizator futbol mərc oyunlarını təşkil etməsi müəyyən edilib.

Çayxanaya baxış zamanı 11961 manat məbləğində 519 ədəd üzərinə "Zenit Bet" yazılmış kupon qəbzlərinin kötükləri, kupon qəbzlərinin on-line qeydiyyatının aparıldığı 1 ədəd kompyuter, 1 ədəd modem, 1 ədəd printer, 1 ədəd monitor və 16 manat pul aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti