...

Bakı-Qazax yolunda sürücülər arasında dava olub, bir sərnişin ölüb

Hadisə Materials 10 Dekabr 2012 11:18 (UTC +04:00)
Bakı-Qazax yolunda sürücülər arasında başlayan mübahisə ölümlə nəticələnib.
Bakı-Qazax yolunda sürücülər arasında dava olub, bir sərnişin ölüb

Azərbaycan, Bakı, 10 dekabr /Trend, müxbir K.Zərbalıyeva/

Bakı-Qazax yolunda sürücülər arasında başlayan mübahisə ölümlə nəticələnib.

Bakının Qaradağ rayonu prokurorluğundan Trend-ə verilən məlumata görə, Sanqaçal qəsəbəsi ərazisində "Mercedes" markalı avtomobilin sürücüləri arasında bir-birilərinə yol verməmək üstündə mübahisə yaranıb.

Mübahisə zamanı sərnişinlərdən biri - 1985-ci il təvəllüdlü Gürcüstan vətəndaşı Rafiq Abbasov digər avtomobildəki şəxs tərəfindən bıçaqlanıb. O, aldığı xəsarətdən hadisə yerində keçinib. Hadisəni törədən şəxs avtomobilə minərək ərazidən uzaqlaşıb.

Prokurorluqdan bildirilib ki, hadisəni törədən şəxsin kimliyinin müəyyən edilməsi və tutulması üçün əməliyyat-axtarış tədbirləri keçirilir.

Faktla bağlı qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti