...

FHN: Sumqayıtda beşmərtəbəli yaşayış binasında yanğın zamanı 7 evə ziyan dəyib

Hadisə Materials 29 Dekabr 2012 12:13 (UTC +04:00)
Sumqayıtda beşmərtəbəli yaşayış binasında yanğın zamanı 7 evə ziyan dəyib.
FHN: Sumqayıtda beşmərtəbəli yaşayış binasında yanğın zamanı 7 evə ziyan dəyib

Azərbaycan, Bakı, 29 dekabr /Trend, müxbir E.Mehdiyev/

Sumqayıtda beşmərtəbəli yaşayış binasında yanğın zamanı 7 evə ziyan dəyib.

Trend-in FHN-in rəsmi saytına istinadən verdiyi məlumata görə, yanğın nəticəsində binanın xarici divarlarına vurulmuş plastik materiallardan ibarət divar üzlüyü 100 kv.m sahədə, o cümlədən, 7 mənzildə pəncərə çərçivələri və binanın dam örtüyünün yanar konstruksiyaları 1000 kv.m (ümumi 1100 kv.m) sahədə yanıb. Yanğın zamanı 180 nəfər bina sakini təxliyyə olunub. Mənzillər yanğından mühafizə olunub.

Qeyd edək ki, dekabrın 28-də saat 20:40-da Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Sumqayıt şəhərində beşmərtəbəli yaşayış binasında yanğın olması haqqında məlumat daxil olub. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri, o cümlədən, Dövlət Yanğından Mühafizə Xidmətinin, Xüsusi Riskli Xilasetmə Xidmətinin və Sumqayıt Regional Mərkəzinin canlı qüvvə və texnikası hadisə yerinə cəlb olunub, aidiyyəti qurumlar məlumatlandırılıb. Yanğın saat 22:17-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti