Azərbaycan, Bakı, 30 dekabr /Trend, müxbir E.Mehdiyev/
Bakıda arvad ərini bıçaqlayaraq qətlə yetirib.
Xəzər rayon prokurorluğundan Trend-ə verilən məlumata görə, hadisə ötən gecə saat 22:30 radələrində rayonun Türkan qəsəbəsinin yeni yaşayış sahəsində baş verib.
Belə ki, həmin sahədə yaşayan 1970-ci il təvəllüdlü Əliyeva Züleyxa Əli qızı ailə münaqişəsi zəminində əri - 1970-ci il təvəllüdlü Məmmədov Mütəllim Əliqulu oğlunu mətbəx bıçağı ilə bel nahiyəsindən bir dəfə vuraraq onu öldürüb.
Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə cinayət işi başlanıb.