...

Suriya müxalifəti hərbi aerodromu atəşə tutub

Hadisə Materials 2 Yanvar 2013 16:50 (UTC +04:00)
Suriyada silahlı müxalifət ölkənin şimalındakı Taftanaz şəhəri yaxınlığında yerləşən Afis hərbi aerodromunda yerləşən hərbi vertolyotları pulemyot və minaatanlardan atəşə tutub.
Suriya müxalifəti hərbi aerodromu atəşə tutub

Azərbaycan, Bakı, 2 yanvar /Trend/

Suriyada silahlı müxalifət ölkənin şimalındakı Taftanaz şəhəri yaxınlığında yerləşən Afis hərbi aerodromunda yerləşən hərbi vertolyotları pulemyot və minaatanlardan atəşə tutub. Trend-in "İnterfaks"a istinadən verdiyi məlumata görə, bu barədə Suriyanın müxalifyönlü İnsan Haqları üzrə Müşahidə Şurası bəyan edib.

Məlumata görə, hücumda "əl-Qaidə" ilə əlaqəsi olan "Front ən-Nüsra" qruplaşması və "Əhrar əş-Şam briqadası" iştirak edib.

Atışma nəticəsində zərərçəkənlər barədə məlumat verilmir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti