Azərbaycan, Bakı, 5 yanvar /Trend/
Bu gün Xəzərdə batmaq təhlükəsi ilə üzləşmiş sərxoş xilas edilib.
Trend-in Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Xəzər rayonunda, dənizdə ("Zuğulba-1" sularda xilasetmə məntəqəsinin ərazisində) 1 nəfər sərxoş olması səbəbindən suya yıxılaraq batmaq təhlükəsi ilə üzləşib və Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən xilas olunub. Əməliyyat saat 14:15-də başa çatıb.