...

Bakının mərkəzində partlayış təhlükəli əşya aşkarlanıb

Hadisə Materials 9 Yanvar 2013 15:37 (UTC +04:00)
Bakı şəhəri, Səbail rayonunda təmir-tikinti işləri aparılan ərazidə partlayış təhlükəli əşya aşkarlanıb.
Bakının mərkəzində partlayış təhlükəli əşya aşkarlanıb

Azərbaycan, Bakı, 9 yanvar /Trend/

Bakı şəhəri, Səbail rayonunda təmir-tikinti işləri aparılan ərazidə partlayış təhlükəli əşya aşkarlanıb.

Trend Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, dərhal FHN-in müvafiq xilasetmə qüvvələri və mütəxəssisləri zəruri tədbirlərin görülməsi üçün hadisə yerinə cəlb edilib, aidiyyəti qurumlar məlumatlandırılıb. Xilasedicilər vətəndaşların təhlükəli hesab edilən ərazidən uzaqlaşdırılmasını təmin ediblər.

Daha sonra Fövqəladə Hallar Nazirliyinin mütəxəssisləri aidiyyəti qurumların əməkdaşları ilə birgə aşkarlanmış əşyaya baxış keçiriblər. Müəyyən olunub ki, bu, 1 ədəd 100 millimetrlik tank mərmisidir. Mərmi zərərsizləşdirilmək üçün Daxili İşlər Nazirliyinin mütəxəssisləri tərəfindən götürülüb.

FHN-in mütəxəssisləri xüsusi təlim keçmiş itlərlə əraziyə baxış keçirib. Nəticədə həmin ərazidə digər partlayış təhlükəli əşya aşkar olunmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti