...

Yunanıstanda Türkiyə konsulunun avtomobilinə hücum edilib

Hadisə Materials 10 Yanvar 2013 10:25 (UTC +04:00)
Yunanıstanın Komotini şəhərində bir qrup naməlum şəxs Türkiyənin bu şəhərdəki konsulunun meriya binasının yanında park edilmiş avtomobilinə hücum edib.
Yunanıstanda Türkiyə konsulunun avtomobilinə hücum edilib

Azərbaycan, Bakı, 10 yanvar /Trend, müxbir A.Tağıyeva/

Yunanıstanın Komotini şəhərində bir qrup naməlum şəxs Türkiyənin bu şəhərdəki konsulunun meriya binasının yanında park edilmiş avtomobilinə hücum edib. Trend-in məlumatına görə, bu barədə cümə axşamı Anadolu agentliyi xəbər yayıb.

Bildirilir ki, əllərində Yunanıstanın bayraqlarını tutan və Türkiyə əleyhinə şüarlar səsləndirən otuz nəfərdən ibarət qrup baş konsulun avtobilinə hücum edərək ona zərər yetiriblər.

Bu müddətdə şəhərin meri ilə görüş keçirən baş konsul Osman İlhan Şenerin özü isə az sonra polislərin müşayiəti ilə meriyanın binasından çıxaraq hadisə yerindən sağ-salamat uzaqlaşıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti